XANKƏNDİDƏKİ “BİZ VƏ DAĞLAR” ABİDƏSİ QALMAQALI… MÜƏLLİFİ KİMDİR?backend

XANKƏNDİDƏKİ “BİZ VƏ DAĞLAR” ABİDƏSİ QALMAQALI… MÜƏLLİFİ KİMDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Мы — наши горы”, yəni “Biz dağlarımızıq”, yaxud “Biz və dağlar”. Necə istəyirsinizsə, elə tərcümə edin. Üzdəniraqların Tatik papik (Baba və nənə) dediyi bu abidənin memarının Səfi Qarayev olduğu bildirilir. Jurnalistlər bu barədə Memarlar İttifaqından məlumat öyrənə bilər, orada da kimsə özünə əziyyət verib arxivi vərəqləsə.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Naibə Qurbanova paylaşıb. Bir müddətdir sosial şəbəkələrdə Xankəndinin girişində ucaldılan “Biz və dağlar” abidəsinin sökülməsi barədə yazılır. Jurnalist bildirib ki, sözügedən abidəni sökmək üçün tələsmək lazım deyil:

“Abidə 1967-ci ildə, Azərbaycan SSR-nin büdcəsi hesabına Xankəndi-Bakı yolunun üzərində ucaldılıb. Söküb, sonra peşman olmayaq.
Heç yerdə azərbaycanlı memarın adı çəkilmir, çünki hamısı internet materialıdır, ermənilər özləri istədiyi kimi yazıb.
Daha bir məlumata görə, o vaxt abidənin tikintisinə etiraz edən şuşalı tarix müəllimi həbs edilib. Nəyə etiraz edirmiş, nəyə əsasən həbs edilib? Xeyli söhbət var. Araşdırma tələb edən mövzudur”.
Qeyd edək ki, Vikipediyada sözügedən abidəylə bağlı müxtəlif versiyalar var. Əksər vikipedik məlumatlar ermənilər tərəfindən hazırlandığı üçün məlumatların dəqiqliyinə etibar etmək də olmur.
Məlumatların birində qeyd edilib ki, “Biz və dağlar” abidəsinin müəllifi Azərbaycan vətəndaşı, erməni əsilli memar Sarkis Baqdasaryandır.