Ötən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə tutdugu vəzifədən azad edilib.
O, həmin hadisələr zamanı vətəndaşın mənzilinə daxil olaraq təqsirləndirilən şəxsin yarıçılpaq vəziyyətdə aparılması haqda göstəriş vermişdi.