Artıq çəki 7 növ xərçəngə səbəb ola bilir – Qastroenteroloqbackend

Artıq çəki 7 növ xərçəngə səbəb ola bilir – Qastroenteroloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xərçəngin bir neçə növü var ki, onlara yağlı xərçəng deyilr, çünki əsas səbəbi artıq çəkidir.
“Medicina” xəbər verir ki, qastroenteroloq Sergey Vyalov “yağlı xərçəngin” növlərini sadalayıb.
 
“- Süd vəzi xərçəngi – qadınlarda piylənmə estrogenlərin hasilini və bədəndə toplanmasını artırır ki, bu proses süd vəzi xərçənginin səbəbidir.
 
– Böyrək xərçəngi – daxili yağlanma bədəndə insulin, kortizol və digər hormonların miqdarını artırır ki, onlar böyrək xərçənginə gətirib çıxarır.
 
– Uşaqlıq, yumurtalıq xərçəngi – artıq çəkili qadınlarda hiperplaziya çox olur
 
– Qida borusu və mədə xərçəngi – qida borusunun tonmusu azaldığı üçün.
– Artıq çəki yoğun bağırsaq, öd kisəsi, mədəaltı vəzin də şişlərinə səbəb ola bilər.
 
Artıq çəki ilə yanaşı bu əlamətlər varsa, şübhələnin:
– Zəiflik, yorğunluq, dincəlmədən sonra da keçmir
– Yesəniz də arıqlama, iştahsızlıq
– Sidik və nəcisdə dəyişiklik
– Qarın və müxtəlif nahiyədə ağrılar
– Nəcisdə, sidikdə qan”