Vergilər Nazirliyi: Kriptovalyutalardan gəlir əldə edənlər vergi ödəməlidirbackend

Vergilər Nazirliyi: Kriptovalyutalardan gəlir əldə edənlər vergi ödəməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda kriptovalyutaların alqı-satqısından gəlir əldə edənlər vergiyə cəlb olunmalı, vergi ödəməlidir”.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Vergilər Nazirliyinin nümayəndəsi Nicat İmanov deyib.

“Kriptovalyuta ilə əməliyyat aparan, onu ucuz alıb sabah satan fiziki şəxslər gəlir vergisinə, hüquqi şəxslər isə mənfəət vergisinə cəlb edilməlidir”, – deyə o qeyd edib.