Uşaqlar Birliyinin sədrinin məhkəməsi başladıbackend

Uşaqlar Birliyinin sədrinin məhkəməsi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-isifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən Kəmalə Ağazadə ittiham aktı ilə tanış olmaq istədiyini bildirib.

Buna görə hazırlıq iclasının davamı mayın 7-dək təxirə salınıb.

Qeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarına əsasən, o, vəzifəsindən sui-istifadə etməklə bir neçə vətəndaşı aldadaraq, onlara məxsus 7800 manat pulu ələ keçirib.

K.Ağazadə 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışır.