Rusiyanın başlatdığı hərbi əməliyyatdan sonra Ukraynada 474 mülki vətəndaş həlak olub.
TİA.AZ “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsi yayıb.
Statistikaya əsasən, Ukraynada daha 861 mülki şəxs xəsarət alıb.
BMT-dən bildirilib ki, itkilərin daha dəqiq sayı bu rəqəmlərdən daha yüksək ola bilər.