Türkmənbaşı yenə birinci oldu – Videobackend

Türkmənbaşı yenə birinci oldu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ralli avtomobillərinin yarışçında iştirak edib və qalib gəlib

Virtualaz.org “CA-News”a istinadən xəbər verir ki, yarışdan əvvəl hakim briqadasının rəhbəri Berdıməhəmmədova Qaraqum səhrasındakı marşrutun xüsusiyyətləri, döngələr arasında məsafələr haqqında məlumat verib.
Qeyd olunub ki, prezidentin yarışa gəldiyi avtomobilin texniki xüsusiyyətləri yarışın parametrlərinə uyğundur. Bu arada Berdıməhəmmədov hakimlərə sual verib: “Mən də yarışda iştirak edə bilərəmmi?”
İdman avtomobilinin sükanı arxasına oturan Türkmənistan lideri yarışı açıb. Onunla birlikdə Türkmənistan DİN Avtoidman Mərkəzinin idmançısı da yarışa qoşulub. Finiş xəttinə birinci olaraq prezident çatıb. Hakim onu təbrik edərək, məsafəni 10 dəqiqə 10,45 saniyəyə qət etdiyini bildirib.