backend

“Təyyarə qəzası terror deyil” – Rusiya FTX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Soçidə qəzaya uğrayan Tu-154 tipli təyyarələrin qalıqlarına baxış keçirərkən terror və ya diversiya əlamətləri aşkarlamayıb. 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Soçidə qəzaya uğrayan Tu-154 tipli təyyarələrin qalıqlarına baxış keçirərkən terror və ya diversiya əlamətləri aşkarlamayıb.


Bu barədə TİA.AZ “Rİa Novosti”yə istinadən xəbər verir.

Təyyarənin qəzaya uğraması əsas səbəbləri kimi mühərrikə kənar əşyanın düşməsi, keyfiyyətsiz yanacaq, pilotların səhvi və ya texniki nazasızlıq göstərilir.

Dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.