Xeyriyyə yarmarkası: Bir ürək sevindirəkbackend

Xeyriyyə yarmarkası: Bir ürək sevindirək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin “Sosial iş” ixtisasının təşəbbüsü ilə “Bir ürək sevindirək” xeyriyyə yarmarkası keçiriləcək.

Kollecdən bildirilib ki, yarmarkada kollecin tələbələrinin hazırladığı yemək və əl işlərinin satışı, eyni zamanda, əyləncəli proqram təşkil olunacaq.

Əldə olunan gəlir sosial təminatı aşağı olan tələbələrə sərf ediləcək.