Sumqayıt Dövlət Dram Teatrında möhtəşəm premyerabackend

Sumqayıt Dövlət Dram Teatrında möhtəşəm premyera

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Dram Teatrında premyera gerçəkləşib. Gənc rejissor Ümid Abbas dünya şöhrətli yazıçı S.Mrojekin “Mühacirlər” əsəri əsasında “-1”  tamaşasını ərsəyə gətirib.
Tamaşanın musiqi tərtibatı İbrahim Əliyevə, bədii tərtibatı Nizami Dadaşova məxsusdur. Aktyorlar Elay Xasıyev və Kamran Muradlı  obrazları canlandırırlar.
Əsər mühacir taleyinə həsr olunub.
Premyera öncəsi teatrın foyesində Sumqayıt Dövlət Musiqi Kollecinin tələbələri musiqi nömrələri ilə qonaqları salamladılar.
Premyerada şəhərin ziyalıları, şair və yazıçılar, media nümayəndələri iştirak edib.
Tamaşa alqışlarla qarşılanıb.