Siciliyada güclü zəlzələ: binalar çökdü, yaralananlar varbackend

Siciliyada güclü zəlzələ: binalar çökdü, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Siciliyanın Kataniya şəhərində 4,8 bal gücündə zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb. Məlumatda qeyd olunur ki, ilk silkələnmə yerli vaxtla gecə saat 02:34-də, Santa Maria di Licodiya qəsəbəsinin yaxınlığında, yerin 9 km dərinliyində baş verib. Təbii fəlakət nəticəsində qəsəbədə və əraziyə yaxın kəndlərdə kiçik binalar uçub, bir neçə nəfər yaralanıb.
Zəlzələ Kataniya, Messina və Sirakuse şəhərlərində hiss olunub. Sakinlər gecəni küçədə keçiriblər.
Mütəxəssislərin sözlərinə görə, zəlzələnin Etna vulkanının fəaliyyəti ilə bağlı olması mümkündür.
Zəlzələdən zərər çəkən bütün bölgələrdə araşdırma aparılır.