Rusiyalı jurnalistlər erməniləri əməlli-başlı yandırıbbackend

Rusiyalı jurnalistlər erməniləri əməlli-başlı yandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Ermənistanda danışılan əsas mövzulardan biri də rusiyalı şərhçilərin son hadisələr, ümumiyyəltə, erməni xalqı ilə bağlı işlətdyi ifadələrdir.

Erməniləri xüsusilə Rusiyanın tanınmış şərhçiləri Mixail Leontyev və Mixail Yuryevin “Komsomolskaya pravda” radiosunun efirində səsləndirdikləri fikirlər hiddətləndirib.

Məsələn, Mixail Yuryev Rusiyanın Ermənistandakı hadisələrə reaksiyası barədə danışarkən “qayda-qanun yaratmaq üçün cəmi iki alay kifayətdir, çünki onların özünün bunu etməyə cəsarəti çatmır” cümsləsini işlədib. O Qərbin reaksiyasından da çəkinməməyə çağırıb. “Zorakılıq elə bir şeydir ki, onu artıqlaması ilə etməlisən. O zaman sənə heç bir etiraz edən tapılmaz”.

Mixail Leontyev isə Rusiyanın erməni xalqını qanıyla, puluyla, qazıyla, qoşunları ilə qoruduğunu bildirib və onları nankorluqda günahlandırıb. “Əgər sürüşmək istəyirlərsə, buyurun, gedin kolbasanızı yeyin”, -Leontyev deyib.

Картинки по запросу леонтьев юрьев армения

Ermənistan hakimiyyəti ən yüksək rəsmi səviyyədə bu cür çıxışlara reaksiya göstərməyib. Yalnız “Rosneft” şirkətinin törəmə müəssisəsi sayılan “Rosneft Ameniya”

Mixail Leontyevin bu cür ifadələrini təxribat adlandırıb. Maraqlıdır ki, Mixail Leontyev özü bu şirkətdə vitse-prezident vəzifəsini tutur. “Rosneft Armeniya” Leontyevin bu vəzifəyə yararlığı məsələsinin yuxarılarda qaldıracağını bəyan edib.

“Bu cür təxribat yönümlü bəyanatlar yolverilməzdir və Rusiya-Emənistan arasındakı münasibətlərə, habelə “Rosneft-Armeniya” şirkətinin reputasiyasına ziyan vurur”, – şirkətin baş direktoru A. Alaverdiyanın imzaladığı kollektiv müraciətdə deyilir.

Картинки по запросу леонтьев армения

Rusiya ermənilər birliyi də jurnalistlərin fikirləri həyasızılq, rus-erməni münasibətlərinə zərər vuran, düşmənçilik və inamsızılıq atmosferi yaradan sözlər olaraq dəyərləndirib.

Ermənilər isə sosial şəbəkələrdə Rusiyaya qarşı əsl hücum kampaniyası başlayıblar.

Məsələn, change.org saytında “Radio KP və onun müəlliflərinin cinayət məsuliyyətinə cəlb olunması üçün petisiya hazırlanıb..

“Kavkazkiy uzel” saytı facebook”dakı erməni istifadçilərinin reaksiyalarından bəzilərini dərc edib.

Məsələn, Mixail Nişanyan adlı birisi Leontyevin öz sözünü deyil, Rusiyanın hakim dairələrinin mövqeyini çatdırdığını yazıb.

Karen Madoyan adlı vətəndaş isə Ermənistan hakim dairələrinin susqunluğuna diqqət çəkib və “dost ölkə”nin dövlət korporasiyasının iri rütbəli məmurunun sözlərinə heç bir reaksiya verilməməsinin anlaşılmaz olduğunu qeyd edib.

“Burada bir şeyi bilməz lazımdır. Onlar yəqin ki, nəyisə fikirləşiblər, indi də ermənilərin reaksyalarını yoxlayırlar”, – Suren Markaryan adlı erməni vətəndaşı hər kəsi ayıq olmağa səsləyib.

Görünür, Kremldən gələn təzyiqlərin təsiri ilə həm Leontyev , həm də Yuryev sözlərini bir qədər yumşaldıblar. Leontyev erməni ictimaiyyətini sadəcə incitmək istədiyini, lakin təhqir etmədiyini söyləyib.

Картинки по запросу армения протесты россия

“Ermənistan siyasətçilərindən bəzilərinə olan şəxsi nifrətim bütünlükdə erməni xalqına aid deyil. Məsələn, Paşinyanın şəxsən özünə olan pis münasibətim erməni xalqını bağlamır. Necə ki Navalnıya olan nifrətim rus xalqına aid olmadığı kimi…” – Leontyev bildirib.
Saytın fikrini öyrəndiyi rusiyalı politoloqlar Ermənistanın Rusiyanın əlindən bir yana qaçmayacağını deyiblər.

Moskva Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) Qafqaz araşdırmaları mərkəzinin əməkdaşı Vadim Muxanov Ermənistandakı hadisələrin əslində Kreml üçün sürpriz olmadığı və Moskvanın İrəvandakı duruma hakim olduğu qənaətindədir.

Lakin onun fikrincə, Kreml bütün hallarda Nikol Paşinyana deyil, yaxşı tanıdığı və Rusiya ilə sıx əlaqələrə malik Karen Karapetyanla işləmək istərdi.
Muxanovun fikrincə, yaxın zamanlarda Ermənistanda anti-Rusiya güclərinin peyda olması gözlənilmir.

Картинки по запросу vadim muxanov

Vadim Muxanov

“Ermənilər Gümrüdə hərbi baza ilə bağlı müqavilənin uzadılmasını müsbət qarşıladılar. Keçən il isə Rusiya və Ermərnistan arasında hərbi sahədə, silah tədarükü ilə əlaqədar mühüm addımlar atılıb. Ola bilər ki, ictimai ritorikada anti-Rusiya çağırışları səslənsin, amma bu yalnız ani söyləmlərdir. Starteji inkişaf sahəsində isə dinamika müsbət yöndədir”, -Muxanov bildirib.

Moskva Dövlət Universtetinin İnformaisya analitik elmi mərkəzinin əməkdaşı Aleksandr Karavayev isə erməni inqilabının Kreml üçün sürpriz yaratdığı, lakin müxalifətin hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibəltəri kökündən dəyişdirəcəyi fikrilərinin yanlış olduğu fikrindədir. Çünki Ukraynadan fərqli olaraq Ermənistan Rusiya ilə sosial-iqtisadi planda sıx bağlıdır.

Karavayev Paşinyanın Rusiya üçün ciddi problem yaradacağını düşünmür: “Moskva Paşinyanın parlament böhranında çox qalmayacağını güman edir. Çünki parlamentdəki çoxluq hələ ki Serj Sərkisyanın parityasının əlindədir”.