Rusiyada yaxın yarım ildə şirkətlərin 27%-i əməkdaşlarının maaşlarını azaltmağı, 37%-i isə işçilərini ixtisar etməyi planlaşdırır.
“İzvestiya” xəbər verir ki, şirkətlərin 30%-i işçilərin maaşlarını azaltmayacaq, qalan faiz isə əməkdaşlarının məvaciblərini artırmaq niyyətindədir.