Rusiya baş prokurorunun erməni əsilli müavininin ölümü təsadüfi deyilmiş – Sirr pərdəsi dağılırbackend

Rusiya baş prokurorunun erməni əsilli müavininin ölümü təsadüfi deyilmiş – Sirr pərdəsi dağılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun “Tramp işi” ilə bağlantıları çox mətləbdən xəbər verir

Oxucular rusiyalı vəkil Nataliya Veselnitskayanın 2016-cı ilin iyununda “Tramp qüllələri”ndə Donald Trampın eyni adlı oğlu ilə görüş zamanı ona demokrat namizəd Hillari Klintonla bağlı kompromat verdiyi hadisəsini xatırlayırlar.

Daha sonralar Veselnitskayanın fəaliyyətinin Rusiyanın baş prokurorunun müavini Saak Karapetyan tərəfindən koordinə edildiyi ortaya çıxıb.

Budur, araşdırmanın dərinləşdiyi bir dövrdə Karapetyanın olduğu özəl şirkətə mənsub helikopter Kostroma vilayətində bir meşədə düşüb, onunla birlikdə heyətin hamısı həlak olub. Rusiya İstintaq Komitəsi Karapetyanın həmin helikopterdə olmasını belə təəccüblə qarşılayıb.

Mövzu ilə əlaqədar ABŞ-ın “The Daily Beast” saytının yazarı Niko Hayns yazı qələmə alıb və maraqlı faktların üstünü açıb.

“Müəllifin yazdığına görə, Karapetyanla Veselnitskayanın əlaqələri bu il İsveçrədə açılan bir cinayət işi zamanı aşkar olunub.

Bu ikili İsveçrədə rusyialı oliqarxların və qanqsterlərin bank hesablarını yoxlayan yüksək rütbəli bir məmuru ələ almaqla bağlı əməliyyat həyata keçiriblərmiş.

Картинки по запросу saak karapetyan nataliya veselnitskaya

Saak Karapetyan və Natalya Veselnitskaya

Həmin məmur sonradan “istintaqın məxfiliyini pozmaq”, habelə “rüşvət almaq” şübhəsi ilə işindən qovulub. İsveçrə hüquq-mühafizə orqanları şərti adı “Viktor K.” olan bu adamın Karapetyanla Cenevrə və Sürixdə görüşdüyünü müəyyən edib. 2016-cı ilin dekabrında isə Saak Karapetyan onu Moskvaya dəvət edib, isverçrəli qonağı Moskvadakı ən lüks otellərdən birinə yerləşdirib və elə oradaca Veselnitskaya ilə birlikdə həmin işi müzakirə edib.

Veselnitskayanın əsas məqsədi vaxtilə Rusiyada vergilərdən yığılan pulların xaricə qaçırılaraq İsveçrəyə yerləşdirilməsini aşkar edən və buna görə haqsız yerə həbxsanaya atılıb, orada işgənələr nəticəsində dünyasını dəyişən Sergey Maqnitskinin ölümünün neqativ nəticələrini aradan qaldırmaq olub.

Картинки по запросу сергей магнитский

Sergey Maqnitski

Nataliya Veselnitskayanın 2016-cı ilin iyununda “Tramp qüllələri”ndə Pol Manafort (həmin vaxt Donald Trampın seçki qərargahının rəhbəri), Cared Kuşner (Trampın kürəkəni) və kiçik Donald Trampıa görüşdə Hillari Klinton əleyhinə kompromat verməsinin altında da bu istək yatıb. Rusiyalı qadın vəkil bunula “Maqnitski işi” ilə bağlı Trampın qərargahında lobbiçilik etmək istəyib. Onun bütün fəaliyyəti isə Karapetyan tərəfindən idarə olunub.

Müəllif başqa bir faktdan söhbət açıb: “ABŞ hökuməti Maqnitski tərəfindən üzə çıxarılan fırıldaqda əlaqəsi olduğu şübhə edilən “Prevezon” şirkəti haqqında mülki iddia qaldırıb. Rusiyalı oliqarx Mixail Xodorkovskinin rəhbərliyi ilə “Dosye” adlı araşdırma zamanı ortaya çıxarılan və “The New York Times” qəzetondə dərc olunan elektron sənədlər onu göstərir ki, Veselnitskaya Rusiya hökuməti adından məsələ ilə əlaqədar bir sənədin ilkin variantının hazırlanmasında iştirak edibmiş.

Həmin sənəddə Rusiya hökuməti “Prevezon” şirkətinin maxinasiyaları ilə bağlı işin araşdırılmasına kömək göstərməkdən imtina edib. Sənədə qoşulan müşayiət məktubu şəxsən baş prokuror Saak Karapetyan tərəfindən imzalanıb.

Qəzet müəllifinin fikrincə, Rusiyanın “Prevezon”la əlaqədar sənədləri verməkdən imitina etməsi nəticəsində ABŞ hüquqi-mühafizə orqanları bu işi məhkəməyə qədər nizama salmaq məcburiyyətinə qalıb.