“Report”un çəkiliş qrupu Qubadlıya səfər edib.
Qubadlının Xanlıq kəndində hərbçilərlə həmsöhbət olarkən aydın olur ki, onların Vətənlə bağlı arzuları eynidir – qalib ordunun sıralarında xidmət etdikləri üçün qürur duyurlar, Vətənin keşiyində dayanmağı özləri üçün fəxr bilirlər.
Əsgərlərlə söhbətdə onların təminatı, maddi-texniki təchizatı ilə maraqlandıq, ürəklərində olan arzuları eşitdik, öz yaxınlarına salamlarını çatdırdıq.