Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşib.
TİA.AZ xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Xidmətin məlumatına görə, bu gün Tacikistan tərəfi Çon-Alay bölgəsinin (Oş bölgəsi) Unju-Bulaq ərazisindəki sərhədin qeyd olunmamış hissəsində bir konteyner quraşdırmağa başlayıb. Qırğızıstan sərhədçiləri Tacikistan vətəndaşlarının Qırğızıstan ərazisinin 1 kilometr dərinliyə girdiyini bildirib.
“Tacikistan tərəfdən hərbi personalın avtomobillərdə və yüngül zirehli texnikalarda yığılmasını müşahidə edirik”, – xidmətdən deyilib.
Hazırda sərhəddə vəziyyət gərgindir. Qırğızıstan ordusu gücləndirilmiş xidmət vəziyyətinə keçib.