“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarıldıbackend

“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.
TİA.AZ Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat və 40 manat təşkil edir.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
2-ci və 3-cü kateqoriya biletləri (3-5 azn) Tofiq Bəhramov adına Respublika stadionun kassalarından saat 11:00-dan 19:00-dək əldə etmək mümkündür. FAW Azərbaycan-da isə (həftəiçi saat 10:00-dan 17:00-dək; həftəsonları saat 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır.
Bundan əlavə, Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış) və Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).
Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.