Prezident İlham Əliyev ağacəkmə aksiyasında iştirak edibbackend

Prezident İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 10-da Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan yolunun ətrafında salınan yaşıllıq sahəsində  Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

TİA.AZ-ın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salınan yaşıllıqlar barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.

 Dövlət başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.