“Bakı Metropoliteni” cərimələndi…backend

“Bakı Metropoliteni” cərimələndi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 538.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

QSC ilə bağlı işə bu gün Bakı Apelyyasiya Məhkəməsində hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə baxılacaq.

Nigar