Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi (SƏRƏNCAM)backend

Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi (SƏRƏNCAM)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncamla “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
 
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Baxşəliyev Kamil Qəhrəman oğlu
Əliyev Əşrəf Yusif oğlu
Məmmədov Elvin Qasım oğlu
Osmanov Kənan İslam oğlu
Rəhimova Kəmalə Fizuli qızı
Rüstəmov Şahbaz Qadir oğlu
 
“Tərəqqi” medalı ilə
Cavadov Mehdi Nasir oğlu
Əmiraslanova İradə Azər qızı
Məmmədli Sahil Gülağa oğlu
Naxçıvanski Cəmşid Yusif oğlu
Niftəliyev Elnur Allahverdi oğlu.