Prezident Albert Mustafayevi fəxri diplomla təltif etdibackend

Prezident Albert Mustafayevi fəxri diplomla təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

TİA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Albert Mustafayev 26 yanvar 1931-ci ildə Nuxada anadan olub. Sabah onun 90 yaşı tamam olacaq.

Albert Mustafayev tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professorudur. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanı ilə təltif edilib.