Paşinyan Qarabağın Ermənistana birləşdirilməsindən danışdıbackend

Paşinyan Qarabağın Ermənistana birləşdirilməsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan torpaqlarında qurulmuş qondarma “Dağlıq Qarabağ respublikasının” Ermənistana birləşməsi perspektivlərinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

“ “DQR”in beynəlxalq ictimaiyyət tərəfindən tanınması buna doğru aparan yollardan biridir. “DQR” beynəlxalq aləmdə tanınsa, Ermənistan və Qarabağ xalqları öz mövqelərini ifadə edəcək”, – deyə Nikol Paşinyan Xankəndidə verdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Paşinyan baş nazir postunda ilk səfərini işğal altında olan Dağlıq Qarabağa edib.