Ordumuzun hərbçisi sülhməramlıların nəzarətində olan əraziyə keçdi – RƏSMİbackend

Ordumuzun hərbçisi sülhməramlıların nəzarətində olan əraziyə keçdi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

“Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – məlumatda bildirilib.