Ölüm işində adı keçən “Ailə Park” QSC cərimələndibackend

Ölüm işində adı keçən “Ailə Park” QSC cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ailə Park” QSC ətraf mühitə, yaşıllıqlara vurduğu zərərə görə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 253.1.4-cü maddəsinin tələbini pozub. Belə ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Cərimə protokolu ilə bağlı “Ailə Park” QSC-nin işinə 18 aprel tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu, “Ailə Park” QSC və onun rəhbərliyi ilə bağlı bu ilk cərimə protokolu deyil. Belə ki, 2023-cü ilin fevralında da “Ailə Park” QSC-nin direktoru Mədətov Hüseyn Emin oğlu Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunmuşdu.

İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib.

Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkəyyətlərində olan əmlaklar sökülüb və həmin vaxt orada olan əşyalar məhv olunub. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəymişdi.

Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmişdi.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Roman