“İsrail uzun müddətdir İrandan birbaşa hücumuna hazırlaşır”backend

“İsrail uzun müddətdir İrandan birbaşa hücumuna hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu İranın ölkəsinə pilotsuz uçuş aparatları ilə hücum etdiyi vaxtda xalqa müraciət edib. 

 İsrail hökumətinin başçısı birbaşa hücuma və ona cavab verməyə hazır olduğunu açıqlayıb.
“İsrail vətəndaşları, son illərdə və hətta son həftələrdə İsrail İrandan birbaşa hücum ehtimalına hazırlaşır. Müdafiə sistemlərimiz yerləşdirilib, biz həm müdafiədə, həm də hücumda istənilən ssenariyə hazırıq”, deyə Netanyahu bildirib..
O, aydın prinsip müəyyən etdiyini deyib: “İsraili vuran vur”.

 

 

İsrailin baş naziri ABŞ, Böyük Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndirdiyini bildirib:
“Biz özümüzü istənilən təhlükəyə qarşı müdafiə edəcəyik və bunu soyuqqanlılıq və qətiyyətlə həyata keçirəcəyik”.
Qərb və İsrail mətbuatının məlumatına görə, İran İsrailə doğru onlarla kamikadze pilotsuz uçuş aparatları ilə hücum edib. Bundan bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri səmada onlarla təyyarə ilə həyəcan vəziyyətinə gətirilmişdi. Əməliyyat ABŞ-la razılaşdırılaraq həyata keçirilir.
Aprelin 1-də İsrail Dəməşqdə İran səfirliyi kompleksinin yerləşdiyi diplomatik məhəlləyə hücum edib. İki iranlı general və beş zabit həlak olub. İran prezidenti İbrahim Rəisi qisas alacağını vəd edib. Qərb ölkələri vətəndaşlarını bölgəyə getməməyə çağırıb.