Neft 100 dollara kimi bahalaşa bilər – “Bloomberg”backend

Neft 100 dollara kimi bahalaşa bilər – “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft istehsal edən böyük şirkətlər qara qızılın barrelinin 2014-cü ildən sonra ilk dəfə olaraq 100 dollara çatacağını proqnozlaşdırırlar.

TİA.AZ  xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilir ki, neftin qiymətinin qalxması ABŞ-ın sanksiyaları səbəbindən İrandan neft tədarükünün dayandırılması ilə əlaqəli olacaq. Ekspertlərin fikrincə, Amerika tərəfinin tətbiq etdiyi məhdudiyyətlərə görə, bazara bu ilin 4-cü rübündə gündəlik 2 milyon barrel daha az neft daxil olacaq. Bu da 2019-cu ilin əvvəlində qiymətlərin artımına səbəb ola bilər.