backend

Müəllimlərin vaksinasiyası ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir təhsil işçisinin koronavirus əleyhinə vaksin edilməsində məcburetmə halı olmayacaq”.

TİA.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O xatırladıb ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:

“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. Heç bir məcburetmə halı burada qeyd olunmayıb”.