Dövlət agentliyi portaldan gizlətdiyi 2,3 milyonluq tenderinin – QALİBİNİ AÇIQLADIbackend

Dövlət agentliyi portaldan gizlətdiyi 2,3 milyonluq tenderinin – QALİBİNİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Reklam Agentliyi “Bakı Ekspo Sərgi Mərkəzinin Media Qülləsinin yenidən qurulması xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Azon Plus” MMC olub.

Qalib şirkətlə 2 339 940 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Dövlət Reklam Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Qeyd edək ki, “Azon Plus” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi  İmran Bağırov Kamil oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Şəhriyar, ev 6a, m. 62, məhəllə 554 ünvanında yerləşir.