Vəzifəsindən azad edilən general kimdir? – DOSYEbackend

Vəzifəsindən azad edilən general kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vəzifəsindən azad edilən general Ramiz Tahirov kimdir? Ramiz Tahirovun hərbi karyerası, layiqincə yerinə yetirdiyi vəzifələri və aldığı mükafatlar. Azərbaycan generalları.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı imzalayıb.
Hərbi xismətdən ehtiyata buraxılan generalın dosyesini təqdim edirik:
Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub.
1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və 2023-cü ildə isə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu fərqlənmə ilə bitirib.
1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A.M.Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib.

1992-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib.
2002-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 24.06.2015 tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19.04.2016-cı il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 25.06.2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı, 27.05.2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, 09.12.2020-ci il tarixli sərəncamı ilə “Zəfər” ordeni, 24.06.2021-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 23.08.2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı və 07.11.2023-cü il tarixli sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.
14.05.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.
11.10.2024-cü ildə hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.
Ailəlidir. İki övladı var.//Bizim.Media