MSK bir neçə dairə ilə bağlı müraciətləri DSK-lara göndərdibackend

MSK bir neçə dairə ilə bağlı müraciətləri DSK-lara göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 Sumqayıt İkinci Seçki Dairəsi və 31 saylı Suraxanı İkinci Seçki dairəsi ilə bağlı şikayəti müvafiq dairə seçki komissiyalarına göndərib.

TİA.AZ  xəbər verir ki, iclasda daha bir neçə müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki dairəsi, 47 Saylı Mingəçevir Seçki dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki dairəsi, 107 saylı Qazax Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.