Milli Məclisdə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclası keçirilirbackend

Milli Məclisdə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin mərhum prezident Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədov iclasda məruzə ilə çıxış edib. O, sabiq prezidentin keçdiyi yoldan bəhs edib. “Ulu öndərin 1969-cu və 1993-cü ildə hakimiyyətə gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib”-deyən parlament sədri H.Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərdində gördüyü işlərdən danışıb. Spiker deyib ki, H.Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə bir çox vacib sahələrdə, o cümlədən hərbi sahələrdə ciddi addımlar atılıb. Məhz o illərdə Azərbaycan imperiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycanın müstəqilliyi üçün hüquqi zəmin yaradılmışdı. O.Əsədov dedi ki, H.Əliyevin sovet rəhbərliyindəki vəzifəsindən istefaya getməsindən sonra Azərbaycana qarşı faciəvi hadisələr başladı. “Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ilin 18 oktyabrında elan olunsa da, əsl müstəqillik 1993-cü ilin 15 iyunundan başlanır”-sədr əlavə edib. O.Əsədov H.Əliyevin parlamentə 4 ay rəhbərlik etdiyini də xatırlatdı və o hadisələrə qısa ekskurs edib. Həmçinin H.Əliyevin dövründə reallaşdırılan nəhəng iqtisadi layihələrdən, neft-qaz müqavilələrindən danışıb.

İclas davam edir.