Məşhurlar Elçin Əlibəyliyə qarşı – VİDEObackend

Məşhurlar Elçin Əlibəyliyə qarşı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Elçin Əlibəylinin internet fenomeni Maral Tahirqızını aparıcısı olduğu “El bizim sirr bizim” verilişinə qonaq çağıraraq təhqir etməsi müzakirələrə səbəb olub.

Belə ki, aparıcı proqrama qonaq olan M.Tahirqızını Azərbaycan musiqisinin qara nöqtəsi, son həddi adlandırıb.

E.Əlibəylinin bu hərəkətinə tanınmış simalardan reaksiya gəlib. Əməkdar artist Lalə Məmmədova şəxsi instagram hesabında aparıcının qonağını təhqir etməsinin yol verilməz olduğunu bildirib:

“Son günlər efir məkanında baş verənlər onsuz da ürənaçan deyil. İndi işıqlandıracağım mövzu son damla oldu. Bir ata babadan görmüşük ki, kimliyindən asılı olmayaraq qonağa hörmətlə yanaşarlar. Verilişinə çağırdığın qonağı təhqi etmək, efirdən qovmaq, aşağılamaq nəinki olmaz, hətta deyərdim ki, heş bir kişiliyə sığmaz. Hələ qonaq qadırdırsa…

Allah hər birimizi insan olaraq yaradıbsa verdiyi pay da eyni olmalıdır. Zəka, ağıl, düşüncə, istedad, ürək təəssüf ki, hamımıza eyni miqdarda paylanmadı. Buna görə də kimsə özünü kimsədən yuxarı və ya aşağı saymasın. Güclü olan qarşısındakı zəifə gücünü göstərməklə özünü qəhrəman hesab etməsin”.

Əməkdar artistin sözügedən paylaşımına həmkarları da dəstək olub. Belə ki, Elza Seyidcahan müzakirələrə səbəb olan şeirindən “Tikin onun ağzını qırxayaq kimi” misrasını yazıb.

Teleaparıcı Saleh Bağırov isə “Bu cür davranışın bir adı var. Tərbiyəsizlik!” sözlərini fikrini bildirib.

L.Məmmədovaya şərh yazanlar arasında müğənnilər Natavan Həbibi, Roza Zərgərli, rəqqasə Oksana Rəsulova və stilist Nigar İbrahimova da olub. \\primetime.az\\