Londonda naməlum şəxs Avrotunelin sabiq rəhbərini qatar yoluna itələyib – VİDEObackend

Londonda naməlum şəxs Avrotunelin sabiq rəhbərini qatar yoluna itələyib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London metrosunda naməlum şəxs Avrotunelin 91 yaşlı sabiq rəhbəri Robert Malpası dəmiryolu relslərinin üzərinə itələyib.

“Report” xəbər verir ki, müşahidə kameralarına düşən kadrlarda Malpasın platforma ilə getdiyi zaman qəflətən naməlum şəxs tərəfindən itələndiyi və relslərin üzərinə düşdüyü görünür.

Həmin şəxs qara geyimdə olub, üzünü isə başlıq ilə örtüb. Malpası hadisə şahidlərindən biri xilas edib.

“BBC News”un məlumatına görə, Avrotunelin keçmiş rəhbəri hadisə nəticəsində kəllə-beyin travması alıb və onun çanaq sümüyü sınıb.

Sonradan hadisəni törədən şəxsi tutmaq mümkün olub. Polisin məlumatına görə, bu britaniyalının birinci xuliqanlıq hərəkəti deyil. O, aprel ayında başqa bir sərnişini yola itələmək istəyib, lakin o, platformada qala bilib.

Saxlanılan şəxsə qarşı iki dəfə sui-qəsd törətməkdə müqəssir bilinib.