Lənkəranlı deputatın anoloqsuz məlumat lövhəsi-FOTObackend

Lənkəranlı deputatın anoloqsuz məlumat lövhəsi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki,Facebook sosial şəbəkəsində istifadəçilərin biri  tərəfindən 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat, İqtisadi siyasət komitəsinin üzvü,biznesmen  Rüfət Quliyevlə bağlı maraqlı paylaşım edib. Belə ki, şəkildən görünür ki,R.Quliyev öz fəaliyyəti barədə seçicilərinə məlumat vermək üçün xüsusi “məlumat guşəsi” yaradıb.

Lakin Rüfət Quliyevin Lənkəranda qoyulan məlumat lövhəsində məlumat yazmaq yadından çıxıb.

Bununla  professor ,biznesmen-deputat R.Quliyev analoqsuz yeniliyə imza atıb.

“Sadəcə fəaliyyət olmadığından, məlumat da yoxdur…”,-paylaşılan fotoya yazılan şərhdə istifadəşi yazıb.

Bu məlumat lövhəsindən başqa ,ümumiyyətlə deputatın fəaliyyəti də çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən  kəskin  tənqid edilib.

Maraqlıdır ki,deputat öz fəaliyyəti haqda geninə-boluna mətbuata danışsa da “məlumat guşəsi”nə nəsə yazdırmayıb.Elə isə bu məlumat löhvəsi nə üçün qoyulub?Görünür həqiqətən də məlumat lövhəsi onun depuatat kimi seçiciləri qarşısında  fəaliyyətsizliyini əks elətdirir.

TİA.AZ