KXDR amerikalı məhbusları azad etdibackend

KXDR amerikalı məhbusları azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şimali Koreya Trampla Kim Çen Inın tarixi görüşü ərəfəsində üç amerikalı məhbusu azadlığa buraxıb.
TİA.AZ  xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmi Pxenyan bu qərarın Vaşinqtona edilmiş xoşməramlı jest olduğunu bildirib.
Kim Hak-sun, Tony Kim və Kim Dun-Çul  Şimali Koreyaya qarşı təbliğat və dövlət əleyhinə fəaliyyətə görə həbs olunmuşdu. Onlar cəzalarını ağır şəraitli islah düşərgələrində keçirirdi.
Azad edilən məhbusların hazırda Pxenyanda olan  ABŞ dövlət katibi Mayk Pompeo ilə vətənə geri dönəcəkləri bildirilir. Məlumata görə, onları şəxsən  ABŞ prezidenti Donald Tramp aeroportda qarşılayacaq.