backend

Kremldən Paşinyana ilk “hədiyyə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Rosneft” şirkətinin mətbuat katibi Mixail Leontyev Ermənistanda baş verən hadisələr barədə “Komsomolskaya pravda” radiostansiyasının efirində işlətdiyi ifadələrə görə üzr istəyib

Virtualaz.org xəbər verir ki, Leontyev Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək ondan və erməni xalqından “hədsiz emosional və yolverilməz şərhlərinə görə” üzrxahlıq edib.
Mixail Leontyev Ermənistanda Nikol Paşinyanın başçılıq etdiyi etiraz hərəkatını şərh edərkən bunu Rusiyaya qarşı xəyanət adlandırmışdı. Bildirmişdi ki, Rusiya Ermənistana görə Azərbaycanla münasibətlərini zərbə altında qoyub. Hansı ki, Rusiya olmasaydı nə Ermənistan adında dövlət, nə bir erməni qalmazdı. (Bax: http://virtualaz.org/reyler/117798)
Leontyevin bu çıxışı Rusiyadakı erməni diasporunu bərk qəzəbləndirib. Rusiya Erməniləri İttifaqı onun və proqramın digər aparıcılarının barəsində Baş prokurorluğa, prezident Vladimir Putinə şikayət edib. Bir neçə gün əvvəl isə ermənilər “Komsomolskaya pravda”nın redaksiyasına hücum etmişdilər. Lakin Leontyev öz mövqeyini dəyişməmişdi və növbəti dəfə ermənilər, Ermənistan haqda fikirlərinə haqq qazandırmışdı. (Bax: http://virtualaz.org/uzbeuz/117802)
İndi Nikol Paşinyanın Putinlə Soçidə bu gün baş tutacaq ilk görüşü ərəfəsində Leontyevi üzr istəməyə məcbur ediblər. Hansı ki, Leontyev o vaxt əslində öz mövqeyini deyil, Kremlyönümlü dairələrin mövqeyini ifadə edirdi. Rusiya Ermənistanda baş verən hadisələrə rəsmən müdaxilə etməsə də Kremlyönümlü dairələr “qərbmeylli Paşinyanın hakimiyyəti devirməsini” Moskvanın maraqlarına təhdid sayırdılar.