Kosmosun ilk otelinə bronlaşdırma başlayıbbackend

Kosmosun ilk otelinə bronlaşdırma başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Orion Span” şirkəti 2022-ci ildə kosmosa səyahətə getmək istəyənlərə lüks otel xidmətləri təklif etmək üçün hazırlıqlara başlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkət kosmos həvəskarlarından 80 min ABŞ dolları məbləğində ilkin ödəniş istəyir.

Eyni vaxtda 12 insanın qala biləcəyi oteldə səyahət müddətinin 12 gün olacağı bildiirilir. İki nəfərlik otaqda bir nəfər üçün qiymət isə 9,5 mln. dollardır. Cazibə qüvvəsindən kənar olacaq bu səyahətdə 16 dəfə günəşin çıxmasını və batmasını izləmək mümkün olacaq.

Şirkət artıq bronlaşdırmaya başlayıb. Bronu ləğv etdirmək istəyənlərin ilkin ödənişinin geri qaytarılacağı deyilir.