Koronavirusa yoluxan Çingiz Abdullayev: “Vaksinin hər iki dozasını vurdurmuşam”backend

Koronavirusa yoluxan Çingiz Abdullayev: “Vaksinin hər iki dozasını vurdurmuşam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“8 gündür testin cavabı müsbət çıxıb ancaq, özümü çox yaxşı hiss edirəm”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, özünü çox yaxşı hiss etdiyinə görə, həkimlərin də buna təəccübləndiyini dedi: “Mən vaksinin hər iki dozasını vurdurmuşam. İdmanla məşğulam, siqaretin dadını belə bilmirəm, içki içmirəm. Ona görə bu 8 gündə özümdə mənfi heç nə tapmadım. Qızdırmam olmayıb. Mən bu müddətdə atamgilin evində qalmışam, indi də oradayam. Uşaqlarım, nəvələrim var, onları yoluxdurmamaq üçün karantindəyəm. Yenə deyirəm özümü çox yaxşı hiss edirəm. İnsanlar əgər xəstəliyi rahat keçirmək istəyirlərsə mütləq vaksinasiya olunsunlar”.
Xalq yazıçısı hansı peyvənddən istifadə etdiyini deməsə də, bizdə olan məlumata görə, o, “Biontech-Pfizer” vaksini vurdurub.