Kim Çen In KXDR-in əsas düşməninin adını açıqladıbackend

Kim Çen In KXDR-in əsas düşməninin adını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In ölkəsinin əsas düşməninin adını açıqlayıb.

Bu barədə TİA.AZ “Yonhap” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, KXDR lideri bu barədə Koreyanın Əmək Partiyasının VIII qurultayında bildirib. Kim Çen In qeyd edib ki, ABŞ-ın KXDR-ə qarşı münasibəti Vaşinqton administrasiyasına kimin rəhbərlik etməsindən asılı olmayaraq dəyişməyəcək. Bu halda o əlavə edib ki, Vaşinqtonun “düşmənçilik siyasətindən” imtinası iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün əsas vasitədir.