9 May faşizm üzərində Böyük Qələbə qabağı-7 mayda Petrozavodskun Dostluq evində bizim nurlu gələcəyimiz üçün döyüşən Böyük Vətən müharibəsi veteranları üçün regionun Azərbaycan icması tərəfindən mədəni proqramla müşayət olunan bayram süfrəsi təşkil olunub. “Odlar Yurdu”- “Azərbaycanlıların milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional ictimai təşkilatının aktivistləri böyük qonaqpərvərliklə veteranlar üçün təşkil olunan geniş tədbirdə veteranlara diqqət və dərin ehtiram göstərdilər.Veteranlarla görüş çox rahat,sanki ailə şəraitində keçdi.
Veteranlar isti qəbula və onlara göstərilən diqqətə görə məmnun qaldılar.Onlar öz döyüş yoldaşlarını yada saldılar,onlara göstərilən qayğıya görə tədbiri təşkil edənlərə təşəkkür etdilər.
Öz növbəsində tədbiri təşkil edən Azərbaycan icmasının üzvləri də Vətənə məhəbbətləri, fədakarlıq və qəhrəmanlıqları ilə nümunə göstərən veteranlara minnətdarlıq etdilər.
Veteranlar üçün Böyük Vətən müharibəsi haqda , çoxmillətli sovetlər ölkəsinin faşizm üzərində qələbəsi, Azərbaycanın bu müharibədə töhvəsi, rolu haqda sənədli film nümayiş olundu.
Veteranlar, aktivistlər müharibə illərinin mahnılarını oxudular ,hətta rəqs etdilər.
Tədbirin ən təsirli hissəsi isə müharibə illərinin ən populyar mahnısı olan “Katyuşa” mahnısının Azərbaycanın milli musiqi aləti olan sazda ifa edilməsi oldu. Bir sözlə görüş çox şən ,dadlı və dostluq mühitində keçdi.
Görüş zamanı veteranlara hədiyyələr verildi.
Tədbirin əsas təçkilatçısı olan “Odlar Yurdu”- “Azərbaycanlıların milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional ictimai təşkilatının sədri Akif Nəcəf oğlu Quliyev bildirdi ki, hər il azalan dəyərli veteranlar üçün bu cür tədbirin keçirilməsi çox sevindiricidir:
“Bizim üçün veteranlara diqqət və kömək göstərmək artıq hət il baş verən xoş ənənəyə çevrilib
Bu dəfə biz 19 nəfər dəvət etmişdik və çalışdıq ki, veteranlar üçün ev abu-havası, istiliyi yaradaq .Güman edirik ki,bu bizdə alındı.
Bu gözəl tədbirin tərsəyə gəlməsi, etdikləri dəstəyə görə veteranlar şurasının sədri Sergey Pavloviç Qordinə ,onun müavini Slaşeva Anastasiya Pavlovnaya, həmçinin bu görüş üçün həmrəylik göstərən aktivistlərimizə təşəkkür edirəm”
fnkaa.ru
Tərcümə:İmran Kərimli