Kadırov Putinin səhhəti barədə DANIŞDI: Görün nələr dedi?backend

Kadırov Putinin səhhəti barədə DANIŞDI: Görün nələr dedi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin səhhətindəki problemlər barədə yayılan xəbərləri təkzib edib.
TİA.az Lent.az-a istinadən xəbər verir ki, o, audiomüraciəti öz “Telegram”ında yayıb.Kadırov Putinin yalan məlumat yayan bədxahlarına sonradan biabırçı və narahat olmamaq üçün ağızlarını bağlamağı tövsiyə edib. Çeçenistan rəhbəri bu yaxınlarda Rusiya prezidenti ilə telefon danışığından danışıb, deyib ki, söhbət zamanı Putinin səsi “çox şən” və “əmredici” idi.
“O qədər gülməli cəfəngiyyatlar oxuyuram ki, prezidentimizin (guya səhhətində problem var), …  əvəzləyici axtarırlar. Sizi əsəbləşdirmək istəyirəm, bu yaxınlarda prezidentlə danışdım, onun çox şən səsi, əmredici səsi var və o, Ukrayna xalqına və dövlətinə mümkün qədər zərər vurmadan xüsusi əməliyyatı başa çatdırmağa hazırdır”, – Kadırov bildirib.