Heydər Əliyev Qaradağda anıldıbackend

Heydər Əliyev Qaradağda anıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 may 2018-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirilib

TİA.AZ xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Ərzaq məhsullarının tədarükü və təchizat” ASC-nın sədri Əbülfət Qacayev, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər.
Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.
Bununla da mərasim sona çatdı.