“Hepatit C”nin müalicəsi üçün yeni dərman yaradıldıbackend

“Hepatit C”nin müalicəsi üçün yeni dərman yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın “Gilead Sciences” elmi tədqiqat şirkəti Hepatit C xəstəliyinin müalicəsi üçün “Sovaldi” adlı dərman təklif edir.
TİA.AZ Forbes-ə istinadən xəbər verir ki, 12 həftə davam edən müalicə prosesinin qiyməti 84 min dollar, bir həbin qiyməti isə min dollardır. ABŞ-da müalicə prosesi daha baha başa gəlir. “Sovaldi” ilə müalicənin Avropadakı qiyməti 55 min dollardır. Şirkət müalicənin Misir, Hindistan kimi kasıb ölkələrdə tətbiqinə çalışır.
Hepatit C müalicəsi Hindistan üçün sadəcə 900 dollar müəyyənləşdirilib. Əhalisinin 80%-inin tibbi sığortası olmayan və insanların yoxsulluqla mübarizə apardığı ölkədə 900 dollar belə əlçatmaz məbləğ hesab edilir. Gələcəkdə Hindistanda “Sovaldi”nin istehsalı planlaşdırılır və dərmanın daha ucuz başa gələcəyi gözlənilir.