Avstraliyanın Monaş Universitetinin alimləri kor insanların görmə qabiliyyətini tamamilə bərpa etməyin yolunu aşkarlayıblar.
TİA.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Yeni üsula əsasən insana xüsusi implant – bionik göz yerləşdirilir.Yeni sistem “Gennaris” adlanır. O, tor qişadan beynin görmə mərkəzinə göndərilən siqnalları bloklayan zədələnmiş görmə sinirlərini ötüb keçə biləcək.Alimlər yeni tərtibatın perspektivliyinə nikbin baxırlar.