Gömrük komitəsində həbslərə start verildi-ÖZƏLbackend

Gömrük komitəsində həbslərə start verildi-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyevin  2018-ci il 21 aprel tarixli sərəncamına əsasən  bir müddət əvvəl vəzifəsindən azad olun Aydın Əliyevin  yerinə Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri  təyin edilib.

Səfər Mehdiyev bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, Ticarət və biznesin inkişafı gömrük orqanlarında kadr və infrastruktur islahatlarını labüd edir. Onun sözlərinə görə, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi işlər görüləcək.

Dövlət Gömrük Komitəsində ciddi kadr və struktur islahatları aparılacaq.

Onun sözlərinə görə, ticarət sahəsində həyata keçirilən yeniliklər gömrük orqanlarında da islahatları zəruri edir. Artıq anons edilən  islahatların işartıları  görünməkdədir. Belə ki,Tia.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunda 4 nəfər, digər qurumlarda gomrük komitəsini təmsil olan 3-dən çox vəzifəli adamın həbsi və xeyli sayda gomrük əməkdaşının  işdən çıxarılması haqqında məlumat daxil olub.

TİA.AZ