Gənc futbolçu qəzada həyatını itirdibackend

Gənc futbolçu qəzada həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kocaelinin Gebze rayonunda avtomobilin 10 metrlik istinad divarının üstündən uçması nəticəsində baş verən dəhşətli qəzada ağır yaralanan Darıca Sports U17-nin futbolçularından Bayram Qaymaz 11 günlük həyat mübarizəsindən sonra həyatını itirib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, avtomobil idarəetmədən çıxaraq təxminən 10 metrlik istinad divarından meşəlik əraziyə uçub.

Qəzanı görən vətəndaşlar avtomobilə tərəf qaçıblar. 112 Təcili Zəng Mərkəzinə məlumat verildikdən sonra hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib. Ünvana gələn qruplar meşəlik ərazidən keçərək qəza yerinə çatıb. Sürücü Enes TT və sərnişinlər İbrahim G., Bayram Qaymaz, Emir A. və Yunus Emre Savaş xəstəxanaya çatdırılıb.