“Fədakarlıq etmək istəyirsə, 20 obyektindən, 5 evindən birini şəhid ailəsinə bağışlasın” – Fazil Mustafabackend

“Fədakarlıq etmək istəyirsə, 20 obyektindən, 5 evindən birini şəhid ailəsinə bağışlasın” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, qazilərin, şəhid ailələrin durumunu spekulyasiya etmədən bir sıra vacib məsələləri həll etməliyik.

TİA.AZ xəbər verir ki, deputat çıxışının davamında söyləyib ki, dövlətə ağıl öyrətməyin də artıq yeri yoxdur:
“Çünki prioritet olaraq bu təbəqənin nə qədər üstün götürüldüyünü hamımız görürük. Dövlət öz üzərinə düşən yükü yerinə yetirir. Əgər ayrı-ayrı şəxslər fədakarlıq etmək istəyirsə, 20 obyektindən, 5 evindən birini şəhid ailəsinə bağışlaya, dövlətə yarıdım edə bilər”,-deyə F.Mustafa çıxış yolunu göstərib.

Deputat qeyd edib ki, biz bu gün təkcə Kəlbəcərdə, Şuşada məskunlaşma həyat keçirməməliyik, Bakıda, “gecəqondu”da yaşayan, iş tapa bilməyən insanların bölgələrə qaytarılması, işlə təmin olunması istiqamətində hökumət iş aparmalıdır.

F.Mustafa qeyd edib ki, ictimai nəqliyyatla bağlı problemlər həllini tapmalıdır: “Çünki bu gün metro da bağlıdır, avtobuslarda sıxlıq var. Azərbaycanda təcili yardım normal yolla hərəkət edib mənzil başına çata bilmir”.

Millət vəkili qeyd edib ki, bizdə sadəcə şəffaflığa ehtiyac var: “Hökumət tam şəffaflıq yaratsın görəcəksiniz ki, Qarabağda çalışmaq üçün Türkiyədən, digər ölkələrdən Azərbaycana kifayət qədər axın olacaq. Ona görə də yolu açmaq kifayət edəcək ki, Qarabağı yenidən dirçəldə bilək”.