“Facebook” məlumatları ələ keçirilmiş istifadəçiləri xəbərdar etməyə başladıbackend

“Facebook” məlumatları ələ keçirilmiş istifadəçiləri xəbərdar etməyə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” bu gündən etibarən şəxsi məlumatları “Cambridge Analytica” tərəfindən əldə edilən istifadəçiləri bu barədə xəbərdar etməyə başlayıb

Lent.az-ın xəbərinə görə, bu haqda şirkətin bloqunda məlumat verilib.
“Facebook”dan dəqiqləşdiriblər ki, şəxsi bilgiləri qaydaların pozulması yolu ilə Britaniya konsaltinq firmasına ötürülən istifadəçilər xəbərdar olunacaq. İstifadəçilər məhz hansı informasiyalarının əldə olunduğunu da yoxlaya biləcəklər.
Xatırladaq ki, əvvəlcə 50 milyon istifadəçinin şəxsi məlumatlarının ələ keçirildiyi barədə xəbər yayılmışdı. Daha sonra sosial şəbəkə nümayəndələri bu miqdarın 87 milyon ola biləcəyini açıqlayıblar.
Qalmaqal mart ayında “The New York Times”da dərc olunan yazıdan sonra başlayıb. Yazıda bildirilir ki, “Cambridge Analytica” seçicilərin siyasi yönü barədə analiz aparacaq alqoritmin hazırlanması məqsədilə milyonlarla “Facebook” istifadəçisinin məlumatlarını toplayıb. Yaradılan alqoritm seçicilərin iradəsinə təsir göstərmək üçün ünvanlı siyasi reklamların hazırlanmasını asanlaşdırıb.
“Facebook” rəhbəri Mark Zukerberq martın 21-də məsələ ilə bağlı üzr istəyib. O, aprelin 11-də ABŞ Konqresində bu mövzuda çıxış edəcək və sualları cavablandıracaq.