Erməni deputatdan ÇAĞIRIŞ: Atışma dayandırılmalıdır!backend

Erməni deputatdan ÇAĞIRIŞ: Atışma dayandırılmalıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhə nail olmaq üçün biz Ermənistan Silahlı Qüvvələrinin imkanlarını hər gün genişləndirməliyik”.
Tribunainfo.az xəbər verir ki, bunu aprelin 9-da parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Andranik Köçəryan jurnalistlərlə söhbətində deyib.
O, əmin edib ki, hər şey sülh gündəliyinin həyata keçirilməsinə yönəldiləcək. Deputatın fikrincə, atışma sonda dayandırılmalıdır və bunun üçün hələ çox var, çünki sülhə nail olmaq müharibə aparmaqdan qat-qat çətindir. “Bir çox hallarda müharibə sülhə nail olmaq üçün aparılır. Amma bütün müharibələr gec-tez bitir”, – deyə Köçəryan qeyd edib.
Deputat əmin olduğunu bildirib ki, əgər baş nazir Voskepar (Yuxarı Əskipara – red) sakinləri ilə görüşəcəyini vəd edibsə, bundan imtina edə bilməz. Deputat Paşinyanın məşğulluğunun nəzərə alınmasını istəyib.

Roman