Elman Rüstəmovdan sonra bank sektorunda nə dəyişiklik baş verə bilər? – Ekspertbackend

Elman Rüstəmovdan sonra bank sektorunda nə dəyişiklik baş verə bilər? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mərkəzi Bank maliyyə bazarlarına nəzarət orqanıdır. Sığorta və qiymətli kağızlar bazarında və s. kimi sahələrdə dəyişikliklər gözlənilə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Elman Rüstəmovun Mərkəzi Bank rəhbərliyindən gedişindən sonra bank sektorunda baş verə biləcək dəyişikliklərdən danışarkən deyib.
Ekspert bildirib ki, baş verəcək dəyişikliklər yeni rəhbərliyin hansı siyasəti və strategiyanı rəhbər tutmasından asılı olacaq:
“Amma hansı dəyişikliklər olacaq, bunu bilmirik. Bir məsələ aydındır ki, Azərbaycanın bank sistemi elə Elman Rüstəmov idi. 30 ildir ki, adam bank sisteminə rəhbərlik edirdi. Bank sektoru, sahibləri və rəhbərləri ilə sıx əlaqədə olub, tanışlıq dostluq və s. Yeni rəhbərlikdə bu olmayacaq. Əvvəlki kimi qeyri-rəsmi münasibətlər olmayacaq. İndi bank sistemində qeyri-rəsmi münasibətlər dərin kök salmışdı. Çünki hər bir bankın filialının açılmasına Mərkəzi Bank razılıq verirdi. Hamı, bütün bank sahibləri Elman Rüstəmovu tanıyır, aralarında rəsmi deyil, daha çox qeyri- rəsmi münasibətər vardı. Bu da əksər hallarda xoşagəlməzdi, çünki korrupsiya və digər məsələlərə yol açır”.
Əkrəm Həsəmov qeyd edib ki, yeni təyinatdan sonra bu olmayacaq:
“Yeni rəhbərliyin banklarla sıx münasibəti yoxdur. Bu baxımdan da işə daha ciddi, daha qanunauyğun yanaşmaq üçün əsas yaranır”.